Göyçay sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 20 milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərenerji" ASC Göyçay rayonunda 110 kV-luq yeni elektrik yarımstansiyası inşa edəcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 19 milyon 776 min manat təşkil edir.
Yeni yarımstansiya Göyçay rayonunda və ətraf yaşayış məntəqələrində elektrik təchizatının etibarlılığı artacaq və elektrik şəbəkəsində gərginlik itkiləri və qəza halları azalacaq. Eyni zamanda
artan enerji tələbatının qarşılanması üçün şəbəkənin ötürmə gücü genişlənəcək, yeni yaşayış massivləri, sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması daha asan olacaq.
Qeyd edək ki, layihənin reallaşaması ilə köhnə infrastrukturun yükü azalacaq və gələcəkdə planlaşdırılan iqtisadi layihələrin enerji təminatı üçün əlavə imkan yaranacaq.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...