Goranboyda sel fəsadlar törədib
Goranboyda küləklə müşahidə olunan leysan fəsadlar törədib.
"Report"un Qərb bürosunun məlumatına görə, yağış nəticəsində yaranmış sel suları rayonun Rəhimli, Veyisli, Qazaxlılar, Goranlı, Borsunlu və daha bir neçə kəndlərinə ziyan vurub.
Bir neçə vətəndaşın evinin həyətinə, əkin sahələrinə sel suları dolub. İki vətəndaşa məxsus avtomobilə zərər dəyib.
Qeyri-sabit hava şəraiti səbəbindən bir neçə kənddə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda ərazidə fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.
Oxşar xəbərlər
Bu gün energetiklərin peşə bayramı günüdür
Bu gün Azərbaycanda Energetiklərin peşə bayramı günüdür. Artıq 19 ildir ki, energetiklər bu günü qeyd edirlər. BAKU.WS xəbər verir ki, 1981-ci il oktyabrın 20-...