"Google" və "YouTube"un işində nasazlıqlar müşahidə olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın ən böyük axtarış sistemi Google-un xidmətlərinə daxil olmaq mümkün deyil. ABŞ mərkəzli şirkətin servislərində problem yaşandığı bildirilir.
BAKU.WS xəbər verir ki, təkcə Google axtarış sistemi deyil, həmçinin Gmail, YouTube, Google Play, Google Drive, Google Meet, Google Xəritələr və Google-un süni zəka botu Gemini kimi xidmətlər də işləmir.
Fərqli ölkələrdən istifadəçilər Google-un xidmətlərinə daxil ola bilmədiklərini bildirirlər. Hələlik rəsmi açıqlama verilməyib və problemin səbəbi məlum deyil.
Problemin nə zaman aradan qaldırılacağı ilə bağlı məlumat da hələ açıqlanmayıb.
Oxşar xəbərlər
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....