Gömrük Komitəsində yenə problem - Bu dəfə tələbələrin təqaüdü verilmir
Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin təqaüdlərini ala bilməmələri ilə bağlı iddialar yayılıb.
Bu barədə "Gününsəsi.info"ya Akademiyanın tələbələri bildiriblər.
Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri hələ də köçürülməyib: "Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir".
Qeyd edək ki, daha əvvəl Dövlət Gömrük Komitəsinin işçilərinin ötən ilin oktyabrından bəri əməkhaqlarını ala bilməmələri ilə bağlı məlumat yayılmışdı. Yanvar ayının sonunda isə bütün gömrük əməkdaşlarının məvaciblərinin tam şəkildə ödənildiyi açıqlandı.
Oxşar xəbərlər
Liseyin 131 min manatını mənimsəyən direktor: "Özümə əlavə dərs saatları yazdırdım"
Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazax Peşə Liseyinin sabiq direktoru Xudaverdi Xudaverdiyevin cinayət işinin bəzi detalları məlum olub. BAKU.WS Pravda.az-a i...