Göldə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq ölən polis dəfn olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq həyatını itirən polis əməkdaşı Vüsal Quliyev dəfn edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, V.Quliyev doğulduğu Cəhri qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general-mayor Süleyman Nemətov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, iyulun 21-də xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Vüsal Əbülfəz oğlu Quliyev suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.
Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.
Oxşar xəbərlər
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 28, 29 iyun tarixlərində bayra...