Göbələk yığarkən nələrə diqqət etməlisiniz?
Yeniliklərdən dərhal xəbərdar olun
Payız fəslinin olması səbəbindən meşə və dağlıq ərazilərdə göbələklərin çoxaldığı bildirilir. Bununla yanaşı, zəhərlənmə hallarında artım riski də mütəxəssisləri narahat edir. Ekoloqlar və toksikoloqlar xəbərdarlıq edirlər ki, vətəndaşlar özləri göbələk yığarkən son dərəcə ehtiyatlı olmalıdır.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ilk növbədə tanımadığınız, formasına, rənginə və qoxusuna əmin olmadığınız heç bir göbələyi yığmaq olmaz. Çünki zəhərli növlər çox vaxt yeməli göbələklərə oxşayır və sadəcə rəng, naxış və ya papaq forması ilə seçilir.
Bildirilib ki, qurumuş, çürümüş, həddindən artıq yaş və ya zədələnmiş göbələklər də təhlükəlidir. Göbələyi yalnız təmiz, sənaye və yol kənarından uzaq ərazilərdə toplamaq tövsiyə olunur, çünki onlar ətraf mühitdən ağır metallar və toksinləri asanlıqla özünə çəkir.
Toksikoloqlar deyir ki, yığılan göbələklər evə gətirildikdən sonra dərhal ayırılmalı, yaxşıca yuyulmalı və düzgün termiki emaldan keçirilməlidir. Ən xırda şübhə yaradan nümunələr dərhal atılmalıdır.
Qeyd edilir ki, zəhərlənmə əlamətləri - ürəkbulanma, qarın ağrısı, halsızlıq, qusma - müşahidə olunarsa, dərhal təcili tibbi yardıma müraciət edilməlidir.
Mütəxəssislər vətəndaşlara yalnız tanınmış və təhlükəsiz növləri toplamağı, mümkün olduqda bu sahədə bilikli şəxslərlə birlikdə yığmağı tövsiyə edirlər.
Oxşar xəbərlər
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....