Global Media Group-un Peşəkar Media Məktəbinin birinci mərhələsi uğurla başa çatıb

Global Media Group-un həyata keçirdiyi Media Akademiyası layihəsi çərçivəsində təşkil edilən Peşəkar Media Məktəbinin birinci mərhələsi uğurla başa çatdı.
3 ay davam edən intensiv təlim proqramı çərçivəsində iştirakçılar media sahəsinin müxtəlif istiqamətləri üzrə - jurnalistika, SMM, kontent istehsalı, video-montaj, operator işi, fotoqrafiya və digər sahələrdə nəzəri biliklər və praktiki bacarıqlar əldə etdilər.
Təlimlər təcrübəli mütəxəssislər tərəfindən keçirildi. İştirakçılar həm fərdi tapşırıqlar, həm də komandalar şəklində real layihələr üzərində işləyərək öyrəndiklərini tətbiq etmək imkanı qazandılar.
Tədris proqramını uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olundu. Fərqlənən iştirakçılar təlim dövründə real iş mühitində təcrübə keçmək fürsəti əldə etdilər. Təlimləri başa vurduqdan sonra isə bir neçəsi media sahəsində iş fəaliyyətinə başlayıb.
Təlim iştirakçıları haqqında məlumatları nəzərinizə çatdırmaq istərdik.
Adı / Soyadı | Şirkət | Vəzifə | Nəticə |
Gülnar Mahmudova | REPORT İNFORMASİYA AGENTLİYİ MMC | Təcrübəçi-Müxbir | İşə qəbul |
Nigar Xəlilzadə | REPORT İNFORMASİYA AGENTLİYİ MMC | Təcrübəçi-SMM | Təcrübədir |
Səbinə Əliyeva | GLOBAL PHOTO STOCK MMC | Təcrübəçi-Fotomüxbir | Təcrübədir |
Səbiyyə Zayirova | Təhsil müddətindədir | ||
Tural Xəlil | GLOBAL PHOTO STOCK MMC | Təcrübəçi-Fotomüxbir | İşə qəbul |
Zarina Hüseynova | RƏQƏMSAL SƏHİYYƏ MƏRKƏZİ | Layihə koordinatoru | |
Zülfi Rzayev | MEDİA.AZ MMC | Təcrübəçi-Müxbir | Təcrübədir |
Təlim müddətində peşəkar biliklərini paylaşdıqları üçün hər birinə təşəkkür edirik.
- "Media.Az" MMC – Direktor-Baş redaktor – Cəmilə Ələkbərova
- "Global Photo Stock" MMC – Direktor – Ramil Zeynalov
- "Global Management" MMC – Marketinq departamentinin rəhbəri – Laura Seyidbəyova
- "Baku TV" MMC – PR və Marketinq meneceri – Vüsal Bəkirov
- "Report İnformasiya Agentliyi" MMC – Redaktor – İsmayıl Rafiqoğlu
- "Global Management" MMC – İT menecer – Emin Qasımov
Qeyd edək ki, Peşəkar Media Məktəbinin növbəti mərhələləri üçün hazırlıqlar artıq başlayıb. Məqsəd yeni nəsil media peşəkarlarının yetişdirilməsi və onların bu sahədə dayanıqlı şəkildə inkişafına dəstək olmaqdır.

Oxşar xəbərlər
Azərbaycanda SSRİ dövründə ayrılmış torpaq sahələrinin qeydiyyatı asanlaşdırılıb
Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquql...