"Global Media Group"a daxil olan şirkətlərin əməkdaşları TƏLTİF OLUNDULAR
Avqustun 27-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə "Global Media Group"a daxil olan Oxu.Az informasiya portalı, "Report" İnformasiya Agentliyi, PhotoStock.az və Baku TV-nin əməkdaşları təltif olunublar.
BAKU.WS xəbər verir ki, onlar ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların ictimaiyyətə çatdırılması, hərbi-vətənpərvərliyin təbliği və dezinformasiyalara qarşı mübarizədə Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıqlarına görə döş nişanı və fəxri fərmanla mükafatlandırılıblar.
Təltifləri Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov təqdim edib.
Mükafatlandırılanların siyahısını təqdim edirik:
Oxu.Az - Mərahim Nəsib
PhotoStock.az - Tapdıq Abdullayev, Rüfət Mikayılov
Baku TV - Nərmin Muradova, Həzrət Bayramlı
"Report" - Nəcməddin Quluzadə, Vüqar Xanlarov, Səlcuq Elçin.
Oxşar xəbərlər
"Banişevski" adlandırılan hakim-futbolçu Zöhrab Qədiyev: "Bir oyun 50 qəpik idi"
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Əmircan sakini Zöhrab Qədiyev olub. Hazırda hakim-inspektor kimi fəaliyyət göstərən sabiq FIFA referisi Z...