“Gizli omikron”un əsas simptomları açıqlanıb

“Gizli omikron” kimi də tanınan koronavirusun omikron ştammının BA.2 alt növünün simptomları orijinal ştammın simptomlarına bənzəyir.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib.
“Gizli omikron”un əsas fərqləndirici xüsusiyyətlərinin siyahısına yüksək hərarət, davamlı öskürək, qoxu və ya dadın itirilməsi (yaxud dəyişməsi) daxildir.
Tədqiqatçıların sözlərinə görə, daha spesifik simptomlar hələ müəyyən edilməyib.
Bu əlamətlərdən hər hansı biri aşkar edilərsə, mütəxəssislər dərhal həkimə müraciət etməyi, COVID-19 testindən keçməyi və özünütəcrid rejiminə keçməyi tövsiyə edir.
Oxşar xəbərlər
“Omikron” ştamının əlamətləri bədənin hər yerində özünü büruzə verə bilər
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə koronavirusun “omikron” variantı, ola bilər ki, ilkin SARS-CoV-2 virusu ilə müqa...