Geomaqnit qasırğası günorta saatlarınadək davam edəcək

Geomaqnit qasırğası günorta saatlarınadək davam edəcək
Sosial 43

Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək.

Bu barədə BAKU.WS-ə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, Günəşdə davamlı və uzun müddət baş verən alışmalar hesabına aktivlik yüksək həddə qalxıb. M (radiodalğaları əngəlləyən, yayılmasına mane olan), eləcə də X sinif (güclü) alışmalar hesabına Günəş aktivliyi Yerdə maqnit qasırğaları yaradıb.

Günəşdə baş vermiş tac kütlə atılmaları hesabına sentyabrın 16-sı günün yarısından başlayaraq G1(mülayim), sonradan G2 (orta) səviyyəli maqnit qasırğası baş verib. Gecə qasırğa səviyyəsi G3-ə (güclü) çatıb. Maqnit qasırğası sentyabrın 17-si günorta saatlarınadək davam edəcək. Günota saatlarından sonra Yerin geomaqnit sahəsi normal səviyyəyə düşəcək.

Geomaqnit qasırğa yüksək coğrafi enliklərdə G2-G3 səviyyəsində, orta coğrafi enliklərdə G1 səviyyəsində hiss olunur.

Oxşar xəbərlər

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...

86 Sosial 17:58 19 sentyabr 2024

Son xəbərlər