"Gənclik Mall"un qarşısındakı nəqliyyat sıxlığını necə aradan qaldırmaq olar?
Yeniliklərdən dərhal xəbərdar olun
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Fətəli Xan Xoyski küçəsində, "Gənclik Mall"un qarşısında müşahidə olunan nəqliyyat sıxlığı problemindən bəhs olunub.
Bildirilib ki, aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətləri yenilənib və onların yerləri dəyişdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, vəziyyət dəyişməyib. Parkinqə giriş zamanı nəqliyyat vasitələri sıxlıq yaradır və avtomobillər yolda əlavə vaxt itirir.
Qeyd olunub ki, ərazidə avtobusların əsas yola çıxışı üçün dönmə bucağı düzgün hesablanmayıb.
"Avtobuslar digər zolağa çıxmağa məcbur qalır. Zolaqların sayı artsa da, enləri avtomobillərin hərəkəti üçün uyğun deyil. Hər hansı təhlükəli vəziyyətdə manevr etmək üçün şərait yoxdur. Parkinqə daxil olmaq istəyənlər və düzgün planlaşdırılmamış xətlənmə bu cür sıxlıq yaradır", - deyə bildirilib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...