Gənclər arasında beyin qansızması niyə artıb? - Həkimdən vacib AÇIQLAMALAR

Gənclər arasında beyin qansızması niyə artıb? - Həkimdən vacib AÇIQLAMALAR
Foto
Sosial 168

Bu gün ölkədə çox narahat edici və aktual bir mövzu son zamanlar gənclər arasında ürək tutmaları, beyin qansızmaları, ani ölümlərin çoxalmasıdır.

Ürək tutması ilə bağlı müzakirələr aparılsa da, beyin qansızmalarının artması məsələsi hələ də cəmiyyətdə izah olunmur.

Bunun səbəbini öyrənmək üçün Respublika Neyrocərrahiyə Xəstəxanasının "Baş beyin" şöbəsinin həkim-neyrocərrah Vüsal Mehman oğlu Məmmədova müraciət etdik.

Həkim BAKU.WS-ə açıqlamasında bunun bir çox səbəblərinin olduğunu bildirdi. Onun sözlərinə görə, gərginlik, stres, ağır fiziki işin olması belə problemlərə yol açır.

Gənclər arasında beyin qansızması niyə artıb? - Həkimdən vacib AÇIQLAMALAR

"Gün ərzində insanlar daha çox stresli fiziki işlərdə çalışırlar. Qeyri-sağlam qidalar, oturaq həyat tərzi insanlarda qan dövranının yavaşlanmasına, artıq çəkinin yaranmasına, ürək fəaliyyətinin zəiflənməsinə gətirib çıxarır. Zərərli vərdişlər, alkoqol, siqaret və digərləri ani damar spazmlarına səbəb olub, ani ölümlərə gətirib çıxarır", - deyə həkim bildirib.

Vüsal Məmmədova gənclərə tövsiyyə edir ki, aktiv həyat tərzi keçirsinlər və zərərli vərdişlərdən bacardıqları qədər uzaq dursunlar:

"Zərərli vərdişlərdən maksimum uzaq durmaq lazımdır. Qidamıza fikir vermək lazımdır. Oturaq həyat tərzindən uzaqlaşmaq lazımdır. Zərərli vərdişlər dedikdə, bunların içinə daxildir, narkotik vasitələr, siqaret, alkaqol içkilər. Bunlar ciddi damar spazmasına səbəb olur".

Son xəbərlər