Gəncənin daxili yolları əsaslı təmir edilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı ölkə Prezidentinin sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işləri aparır.
BAKU.WS agentliyə istinadən xəbər verir ki, təmir olunan küçələrin ümumi sahəsi 843 min kv.m təşkil edir.
Məlumata görə, təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin yekunlaşdığı küçələrdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
"İnşaat Norma və Qaydaları"na uyğun olaraq sonda hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.
Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Gəncədə aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək.
Qalereya
Oxşar xəbərlər
Qışda isti keçən havaların insana nə kimi zərəri var? - Həkim açıqlayıb
Qışda havaların isti keçməsi insanların sağlamlığına mənfi təsir göstərir və bu səbəbdən onlar daha tez-tez xəstələnirlər. BAKU.WS xəbər verir ki, bu barədə iql...