Gəncədən Sankt-Peterburq və Moskvaya uçuşlar təxirə salınıb - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburqun Pulkovo və Moskvanın Vnukovo hava limanlarına həyata keçirilməsi gözlənilən aviareyslər təxirə salınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gəncədən Sankt-Peterburq şəhərinə saat 16:40-da yerinə yetirilməli olan təyyarə reysi qeyri-müəyyən vaxta təxirə salınıb.
Bundan başqa, Gəncədən Moskavaya saat 03:05-də həyata keçirilməsi gözlənilən təyyarə reysi də təxirə salınıb. Bu reysin səhər 08:00-10:00 saatları aralığında yerinə yetirilməsi gözlənilir.
İlkin məlumata görə, uçuşların təxirə salınmasına səbəb Rusiyada hava məkanının bağlanmasıdır.
Qeyd edək ki, Gəncədən Sankt-Peterburqa uçmaq üçün 149, Moskvaya uçmaq üçün isə 156 sərnişin bilet alıb.
Oxşar xəbərlər
Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək
Yaxın gələcəkdə Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ölkəmiz...