Gəncədə məhkumun həbsindən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb
Gəncədə məhkumun həbsindən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryolu xəttinin yanındakı tikilidə gizlədilmiş 1 ədəd "TT" markalı tapança, 1 ədəd tapança darağı, 5 ədəd 7,62 kalibrli tapança patronu, 4 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd "F-1" markalı əl qumbarası və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bu şəhərdə yaşayış binaları TƏMİR OLUNACAQ
Naxçıvan Şəhər İcra Hakimiyyəti şəhərin Əlincə məhəlləsi 1k, 6k və İstiqlal küçəsi 85 ünvanlarında yerləşən çoxmənzilli binalarda təmir işləri aparacaq. BAKU.WS...