Gəncədə daha bir məktəb bağlandı

Gəncədə daha bir məktəb bağlandı
Sosial 191

Gəncə şəhərində daha bir orta məktəb koronavirus infeksiyasına görə distant təhsilə keçib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb onlayn tədrisə keçib.

Belə ki, tədris ocağının 1 müəllim və 1 texniki işçisində COVİD-19 virusu aşkar edilib. Tədris müəssəsi iki həftə bağlı qalacaq və aidiatı üzrə rəsmi rəydən sonra fəaliyyətə başlaya biləcək.

Gəncədə daha öncə 37 nömrəli məktəb koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi. Artıq bu məktəb yenidən açılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər