Gəncədə avtobusun içində qızdırıcı "soba" hava filtri rolunu oynayıb - AYNA

Gəncədə avtobusun içində qızdırıcı soba hava filtri rolunu oynayıb - AYNA
Video
Sosial 1150

Məsələ ilə əlaqədar AYNA-nın Gəncə Regional İdarəsində araşdırma aparılıb.

BAKU.WS-ə AYNA-dan verilən məlumata görə, avtobusun salonundakı sözügedən qurğu hava filtri rolunu oynayıb.

Nəqliyyat vasitəsində hava filtri funksiyasını yerinə yetirən qurğu nasaz olduğundan və marşrutun keçdiyi yollarda infrastruktur qənaətbəxş olmadığı üçün sürücü salonda yığılan tozu kənarlaşdırmaq məqsədilə bu üsula əl atıb.

Daşıyıcıya nöqsanın aradan qaldırılması barədə tapşırıb verilib. Problem aradan qaldırılana qədər avtobus xəttən kənarlaşdırılıb.

Qeyd edək ki, Gəncə şəhərində geniş təhlillər aparılıb və avtobus parkının yenilənməsi istiqamətində işlər həyata keçirilir.

***10:10

Gəncə şəhərində ictimai nəqliyyatda qeyri-adi vəziyyət yaşanıb.

BAKU.WS xəbər verir ki, 20A nömrəli marşrut avtobusunda qızdırıcı soba yerləşdirilib. Sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilər arasında təəccüb və narahatlıqla qarşılanıb.

Sözügedən soba avtobusun salonunda, sərnişin oturacaqlarının yaxınlığında yerləşdirilib. Bu vəziyyət istər yanğın təhlükəsizliyi, istərsə də ümumi sərnişin rahatlığı baxımından ciddi suallar doğurur.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Həkim pasiyenti yanlış əməliyyatla şikəst edib? - İDDİA

Həkim pasiyenti yanlış əməliyyatla şikəst edib? - İDDİA

Dizindən endoprotez əməliyyatı olunan şəxs iddia edir ki, paytaxtdakı özəl klinikaların birində işləyən travmatoloq onu səhv əməliyyat edib. BAKU.WS Xəzər TV-yə...

38 Sosial 23:44 27 oktyabr 2025

Son xəbərlər