Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

27
noy
2020
21:13
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Nəriman İmanov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, N.İmanov buna qədər Sumqayıt Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində xidmət edib
Xatırladaq ki, bu gün Gəncə Şəhər Baş Polis İdarəsinin əvvəlki rəisi Əkbər İsmaylov Bakı Şəhər Baş Polis idarəsinə rəsi təyin edilib.

Oxşar xəbərlər
DİN-in bir qrup əməkdaşı təltif edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS xəbər verir k...