Gəncə-Bakı yolunda SON VƏZİYYƏT - FOTO

Gəncə-Bakı yolunda SON VƏZİYYƏT - FOTO
Foto
Sosial 255

Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq bir şəhər və rayondan digərinə giriş-çıxış məhdudlaşdırılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, gecədən başlayan qadağanın ardından Bakı və Qazax istiqamətindən Gəncə şəhərinə girişlərdə xüsusi postlar qurulub.

Karantin qaydalarına əməl edilməsi istiqamətində hüquq mühafizə orqanı əməkdaşları tam gücləndirilmiş iş rejiminə keçib.

Nəzarət postları həmçinin Bakı istiqamətindən Göygöl və Samux rayonlarının giriş hissələrində də yaradılıb. Bu rayonlara giriş-çıxışlar da məhdudlaşdırlıb.

Yeni karantin qaydalarının üzərindən kifayət qədər vaxt keçməsinə baxmayaraq, bu qaydaları pozmağa çalışanlara rast gəlinir.

Bəzi hallarda yeni qaydalardan xəbərsiz olanlar da ortaya çıxır, müxtəlif bəhanələr gətirməklə yolda hərəkət etmək istəyənlər də tapılır.

Təkcə iki saatlıq zaman kəsiyində təxminən 50-yə yaxın avtomobil geri qaytarılıb.

Bu da onu göstərir ki, vətəndaşlar arasında hələ də yeni növ koronavirus infeksiyasının yarada biləcəyi ağır nəticələri dərk etməyənlər var.

Onlar karantin qaydalarının məhz əhalinin sağlamlığı baxımından olduqca mühüm əhəmiyyət daşıdığını anlamırlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər