Gələn il keçmiş hərbi qulluqçuların mənzillə təmin olunması üçün büdcədən 35 milyon manat ayrılacaq
18
noy
2024
11:43
Gələn il dövlət büdcəsindən 20 ildən çox xidmət keçmiş hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı ilə 35 milyon manat məbləğ nəzərdə tutulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub.
Bundan başqa sənəddə qeyd edilib ki, gələn il kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün dövlət büdcəsindən 15 milyon manat məbləğ ayrılıb.
Oxşar xəbərlər
21 yaşında şəhadətə ucalan qəhrəman: "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam"
Oğuz rayonunun Xalxal kəndində dünyaya gələn Kənan Ağayev uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Kənan Ağayev antite...