Gələn il bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək
18
dek
2023
10:07
2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.
BAKU.WS xəbər verir ki, bunu apa-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.
O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur:
"Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".
Oxşar xəbərlər
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub
Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub. BAKU.WS xəbər verir ki, bu...