Gələn il akkreditasiya olunacaq ali təhsil müəssisələri BİLİNDİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda 2026-cı il üçün ali təhsil müəssisələrinin akkreditasiya qrafiki formalaşdırılmayıb. Milli Aviasiya Akademiyası, Azərbaycan Universiteti də daxil olmaqla, bəzi ali təhsil müəssisələrinin akkreditasiya müddəti başa çatmaq üzrə olduğu üçün onlar yenidən akkreditasiyadan keçəcəklər".
BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
Gələn il akkreditasiya olunacaq ali təhsil müəssisələri BİLİNDİ
O bildirib ki, ali təhsil müəssisələrinə akkreditasiya qanunvericiliyə əsasən beş il müddətinə verilir:
"Şəhadətnamə müddətinin bitməsinə yaxın ali təhsil müəssisəsi prioritetlik əsasında qrafikə daxil edilir və məlumatlandırılır. Onlara özünütəhlil hesabatını hazırlamaq üçün vaxt verilir. Daha sonra agentlikdə müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə komissiyalar formalaşdırılır. Komissiyalar hesabatı araşdırdıqdan sonra sahə baxışına gedir və yekun hesabat hazırlayır. Bu proses ümumilikdə 3-6 ay çəkir".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...