Gələn il 412 mindən çox keçmiş məcburi köçkünə 280,1 milyon manat vəsait ayrılacaq
2025-ci ilin dövlət büdcəsi layihəsində məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (412 min 600 nəfərə) vahid aylıq müavinətin verilməsi üçün 280,1 milyon manat vəsait nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 311,2 milyon manat vəsait proqnozlaşdırılıb.
Bundan başqa keçmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 19,3 milyon manat, digər tədbirlər üzrə 11,8 milyon manat vəsait nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakının bəzi ərazilərində işıq olmayacaq
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib. "İyunun 23-də Yasamal Rayon...