Gələn həftə partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır

Gələn həftə siyasi partiyaların Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.
BAKU.WS xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.
Bu il aprelin 1-i şənbə gününə təsadüf etdiyi üçün partiyalar illik maliyyə hesabatlarını martın 31-dək MSK-ya təqdim etməlidirlər.
MSK-nın rəsmi saytına əsasən, indiyədək heç bir siyasi partiya illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə quruma təqdim etməyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...
