Gecə növbəsində işləyənlərin nəzərinə – Mütəxəssislər xəbərdarlıq edir
Gecə növbəsində işləyən insanların sağlamlıq və təhlükəsizlik baxımından daha çox risklə qarşılaşdığı bildirilib.
BAKU.WS xəbər verir ki, mütəxəssislər qeyd edir ki, düzgün rejim qurulmadıqda yuxu pozuntusu, diqqət azalması, ürək-damar problemləri və hətta maddələr mübadiləsinin zəifləməsi kimi fəsadlar yarana bilər.
Həkimlərin sözlərinə görə, gecə çalışanlar ilk növbədə yuxu gigiyenasına ciddi əməl etməlidir. Gün ərzində ən azı 7–8 saat fasiləsiz yuxu tövsiyə olunur. Otağın qaranlıq, səssiz və sərin olması, yatmazdan əvvəl telefondan istifadə edilməməsi vacib məqam sayılır.
Bundan başqa, gündəlik qidalanma rejimi də dəyişdirilməlidir. Uzun fasilələrlə ağır yeməklərdən uzaq durmaq, iş zamanı yüngül və enerji verən qidalar qəbul etmək tövsiyə edilir. Kofeinin həddindən artıq qəbulu gecə ayıq qalmağı asanlaşdırsada, sonradan yuxu keyfiyyətini pozur.
Mütəxəssislər həmçinin iş zamanı qısa fasilələr etməyi, mümkün olduqda hərəkət etməyi, iş mühitinin yaxşı işıqlandırılmasını və təhlükəsizlik qaydalarına əməl olunmasını vacib hesab edir.
Bildirilir ki, düzgün rejimlə gecə smeninin mənfi təsirlərini minimuma endirmək mümkündür.
Oxşar xəbərlər
Göbələk yığarkən nələrə diqqət etməlisiniz?
Payız fəslinin olması səbəbindən meşə və dağlıq ərazilərdə göbələklərin çoxaldığı bildirilir. Bununla yanaşı, zəhərlənmə hallarında artım riski də mütəxəssislər...