Gecə klubundakı partlayışda xəsarət alan daha 4 nəfər evə buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.
BAKU.WS TƏBİB-in yaydığı məlumata istinadən xəbər verir ki, ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib. Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.
Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı fikir ayrılıqları: Həkim və xəstənin səlahiyyətləri hansılardır?
Aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibb müəssisələrində icbari tibbi sığortanın...