"Gecə bank işçiləri evlərində qəza xidmət maşınları ilə dollar dəyişir" (VİDEO)
Ötən gün Milli Məclisdə "Valyuta tənzimi haqqında” qanun müzakirəyə çıxarılıb. Valyutadəyişmə məntəqələrinin bərpası təklif olunub. Lakin qanundakı bəzi müddəalar deputatların narazılığına səbəb olub.
BAKU.WS xəbər verir ki, iclasda çıxış edən deputat Yevda Abramov maraqlı açıqlamalar verib. O, bildirib ki, keçmişdə valyutadəyişmə məntəqələri işlədən şəxslər hazırda öz şəxsi evlərində valyuta dəyişir.
"Novxanı, Bilgəh, Mərdəkanda yaşayan bank işçiləri evlərində gecə qəza xidmət maşınlarında dollar dəyişirlər. Bunu elə valyutadəyişmə məntəqələrində dəyişib dövlətə xeyir verə bilməzdilərmi? Mümükündürsə İslam Oyunlarına qədər bu qanun qüvvəyə minsin. Babalarımızın, nənələrimizin sandıq pulu var-dəfn gününə hazırladığı. Bilmirlər onu hansı valyutada saxlasınlar. Oyun oynadırlar, fırladırlar adamları. Əslində bizi-xalqı fırladırlar".
VİDEO: Azadlıq radiosu
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Deputat: "Xalq çaşıb qalıb, əslində, bizi fırladırlar"
Milli Məclisin bu gün keçirilən iclasında "Valyuta tənzimi haqqında" qanunun müzakirəsi zamanı çıxış edən Yevda Abramov icra orqanlarına irad bildirib. BAKU.WS...