Fövqəladə hadisələrlə bağlı metroda təlim keçiriləcək
30
avq
2023
21:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah fövqəladə hadisələrlə bağlı metroda təlim keçiriləcək.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN ilə “Bakı Metropoliteni” QSC metronun “Qara Qarayev” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 31 avqust 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
FHN-in hərbi hissəsində təlim keçirilib, Kəmaləddin Heydərov izləyib - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş FHN-in yanğın-xilasetmə qurumlarının işti...