"Formula-1" günlərinin hava proqnozu

Formula-1 günlərinin hava proqnozu
Sosial 793
"Formula-1" yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 15-20, axşam 14 dərəcə isti təşkil edəcək.Aprelin 27-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 17-20, axşam 15 dərəcə isti olacaq.Aprelin 28-də yağmursuz hava şəraiti olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun səhər 12-14, gündüz 19-23, axşam 16 dərəcə isti olacağı gözlənilir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlu...

754 Şou-biznes 14:35 24 aprel 2019

Son xəbərlər