Flora Kərimova: "Aygün Bəylər övladını özü üçün dünyaya gətirdi"
"Bu dünyadan incimişdi. Əziyyət çəkirdi. Nə qədər göz yaşı tökdü. Onun ana olduğu vaxtlar mənim yadımdadır. O nələr çəkdi! Bir adam onun dərdini eşitmədi, görmədi. Heç kimdən də əl açıb kömək istəmədi. Ona sadəcə pul yox mənəvi dəstək də edilmədi".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova mərhum Əməkdar artist Aygün Bəylərdən danışarkən deyib.
O Aygünün qızı Canananı dünyaya gətirməsindən danışıb.
Sənətçi xanəndənin qızını özündən sonra bir nişanə qoymaq üçün dünyaya gətirdiyini vurğulayıb:
"O övladını özü üçün dünyaya gətirdi. Bir dəfə bir onunla Gəncəyə gedirdik. Üzü, əli-ayağı şiş vəziyyətdə idi. Dedim Aygün belə olmaz axı! Sən bu uşağı dünyaya gətirəndə çətin olacaq. Mən genekoloqam bilirəm. Dedi ki Flora xanım övlad istəyirəm. Ölsəm də övladım olsun. Məndən nişan, bir can qalsın. Mənim mahnılarım onun varlığında yaşasın".
Ətraflı videoda:
Oxşar xəbərlər
Novruz bayramı ilə əlaqədar ardıcıl 7 gün iş olmayacaq
Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək. BAKU.WS xəbər verir ki, Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18...