FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
BAKU.WS xəbər verir ki, çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan sakinlərin sel-daşqın təhlükəsi barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Növbəti belə maarifləndirmə tədbirləri Qarabağ Regional Mərkəzi (RM) tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Laçın və Tərtər rayonları, Aran RM tərəfindən Ağdaş, Goranboy, Göyçay və Kürdəmir rayonları, Şimal RM tərəfindən Xaçmaz, Şabran, Siyəzən, Quba və Qusar rayonları, Şimal-qərb RM tərəfindən İsmayıllı, Qəbələ, Oğuz və Balakən rayonlarının sel təhlükəli kəndlərində keçirilib.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.
Qalereya
Oxşar xəbərlər
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir?
Bakıda M6 avtobusunu gözləyən sərnişinlər çətinlik çəkir: Dayanacaqda M4-lər yığılır Bakıda "Koroğlu" metrostansiyasından "Elmlər Akademiyası" metrostansiyası i...