FHN qarla bağlı əhaliyə müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
BAKU.WS-in məlumatına görə, müraciətdə deyilir:
"Fevralın 25-dən 26-sı səhərədək respublika ərazisində arabir güclü külək əsəcəyi proqnozlaşdırılır ki, bununla əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqununun yaranma ehtimalı var. FHN xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edir".
Oxşar xəbərlər
Nazirlikdən əhaliyə çağırış - Ehtiyatlı olun!
Fövqəladə Hallar Nazirliyi ölkə ərazidində müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib. BAKU.WS-in məlumatına görə, müraciətdə...