FHN-in qüvvələri Türkiyənin daha bir yaşıllıq zolağındaki yanğını söndürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ölkənin Aydın şəhərinin Çine rayonunda yerləşən Altınabad kəndində aktiv yanğınsöndürmə və xilasetmə fəaliyyəti aparan FHN əməkdaşları kəndin ətrafında yerləşən yaşıllıq massivində dünən başlayan və genişlənməkdə olan yanğını söndürüb.
Kənd sakinləri xüsusi helikopterlər və amfibiya təyyarələri ilə yanğına müdaxilə edən Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirib.
Oxşar xəbərlər
FHN generalı Süleyman Soylu və Bekir Pakdemirli ilə görüşdü - FOTO/ VİDEO
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğ...