FHN generalı Süleyman Soylu və Bekir Pakdemirli ilə görüşdü - FOTO/ VİDEO

FHN generalı Süleyman Soylu və Bekir Pakdemirli ilə görüşdü - FOTO/ VİDEO
Foto Video
Sosial 131

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb. Görüşdə məsul vəzifəli şəxslər də iştirak edib.

E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gəldiyini bildirib. O, FHN-in qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb.

Görüşdə iştirak edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd edib, göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərini bildiriblər.

Görüşdə həmçinin yanğınlarla daha effektli mübarizə məqsədilə atılacaq addımlar geniş müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qardaş ölkəyə göndərilmiş FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup yaxın saatlarda yanğınların söndürülməsi əməliyyatlarına qoşulacaq. Dünən axşam saatlarında təyyarə ilə yola salınmış dördüncü qrup isə artıq əməliyyatlara başlayıb.

Xatırladaq ki, FHN-in qüvvələri tərəfindən Muğla vilayətindəki strateji əhəmiyyətli Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının yanğından mühafizəsi davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün təltif edilən generallar - SİYAHI

Bu gün təltif edilən generallar - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər...

12325 Sosial 21:52 24 iyun 2021

Son xəbərlər