FHN-in bir qrup hərbi qulluqçusu "Zəfər" zirvəsinə yürüş edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
25-26 iyun tarixlərində Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup hərbi qulluqçusu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən "Zəfər Azərbaycanındır!" adlı ekspedisiyanın tərkibində "Zəfər" zirvəsinə yürüş ediblər.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən "Zəfər" zirvəsinə qalxan əməkdaşlar, burada Azərbaycanın Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı zirvədə dalğalandıraraq Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...