FHN-ə MyGov platforması üzərindən müraciət etmək mümkündür
Fövqəladə Hallar Naziriyi vətəndaşların Nazirliyə müraciətinin daha da asanlaşdırılması, vətəndaş məmnunluğunun və xidmətlərin rəqəmsallaşdırılmasının təmin edilməsi məqsədilə növbəti addım atıb.
Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, vətəndaşların Fövqəladə Hallar Nazirliyinə və Nazirliyin müvafiq qurumlarına müraciətlərinin elektron qaydada təqdim edilməsi məqsədilə MyGov platforması üzərindən də müraciət göndərilməsi imkanı yaradılıb.
Vətəndaşlar MyGov platformasında "Dövlət qurumlarına rəsmi məktub" bölməsi vasitəsilə Fövqəladə Hallar Nazirliyini və ya Nazirliyin müvafiq alt qurumunu seçərək elektron müraciətlərini ünvanlaya bilərlər.
Müraciətin nəticəsi üzrə Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış rəsmi cavab MyGov platforması üzərindən vətəndaşın şəxsi kabinetinə göndərilir.
Oxşar xəbərlər
Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. BAKU.WS xəbər verir ki, bu...