FHN: Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək qadağandır
Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək qadağandır.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciətində bildirilib.
Qeyd olunub ki, isti yay günlərində əhalinin xüsusilə həftəsonları istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də su hövzələridir. FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini bir daha xatırladır.
Belə ki, aşağıdakılar qadağandır:
- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək;
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;
- suda kobud hərəkətlər etmək;
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq.
Yadda saxlayın:
- çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Oxşar xəbərlər
"Qayınanam yeməyi əlimdən aldı ki, sən qazanmısan?!" - Elnarə Əmiraslanovadan ailə dərsi
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı qərbi azərbaycanlı Elnarə Əmiraslanova olub. Ailə dəyərlərinin qorunmasının vacibliyindən danışan qonaq gəli...