“FETÖ - İbadoğlu - Mənsimov üçbucağı dövlətçiliyimiz üçün ciddi təhlükə mənbəyi ola bilər” - RƏY - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“FETÖ - Qubad İbadoğlu - Mübariz Mənsimov üçbucağı dövlətçiliyimiz üçün olduqca ciddi təhlükə mənbəyi ola bilər”.
BAKU.WS xəbər verir ki, bu fikirləri report-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
“Çünki onun hədəfi hansısa kiçik məqsədlər yox, bir ölkədə öz “mürid”ləri vasitəsilə hakimiyyəti ələ keçirməkdən də böyükdür. Yəni FETÖ terror təşkilatının hədəfi bir milləti dövlətsizləşdirmək və lidersizləşdirmək, bir dini insanların zehninə “fetöçülük” kimi yenidən həkk etməkdir. Dolayısı ilə FETÖ-nün vəzifəsi sivilizasiyaların qarşıdurması kontekstində islam sivilizasiyasını məhz islamın öz dəyərlərini ona qarşı silaha çevirməklə sıradan çıxarmaqdır”.
O bildirib ki, FETÖ-nün Azərbaycana vura biləcəyi ziyanın miqyası təsəvvür edilməyəcək qədər böyükdür:
Bu baxımdan FETÖ - Qubad İbadoğlu - Mübariz Mənsimov üçbucağı dövlətçiliyimiz üçün olduqca ciddi təhlükə mənbəyi ola bilər. Çünki bu üçbucaq həm ictimai şüuru hədəfə alan dağıdıcı ideologiya, həm manipulyativ siyasi müdaxilə, həm də onların fəaliyyətini dəstəkləyəcək ciddi maliyyə üçbucağıdır. Ona görə də bu terror vasitələri dərhal zərərsizləşdirilməlidir”.
Oxşar xəbərlər
Məhkəmə Qubad İbadoğlu barəsində 4 aylıq həbs qərarı verib - YENİLƏNİB
Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BAKU.WS report-a i...