Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və idman naziri Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibi Əbdülhalim Aksunu qəbul edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Azərbaycanda etnoidman növlərinin inkişafı, bu növlərdə təşkil olunan tədbirlər, eləcə də ölkəmizin Dünya Etnoidman Konfederasiyası ilə mövcud əlaqələri müzakirə edilib.
Görüşdə nazir müavini Mariana Vasileva və Dünya Etnoidman Konfederasiyasının korporativ əlaqələr üzrə mütəxəssisi Azər Əbdürrəhman da iştirak ediblər.
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...