Fazil Mustafanı yenidən əməliyyat gözləyir? - DEPUTATDAN AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Sağlamlığımla bağlı problemim yoxdur. Ayağımda hər şey demək olar ki, düzəlib. Amma qolumdakı problem hələ də qalır".
BAKU.WS xəbər verir ki, bu sözləri lent.az-a ötən ay terrora məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat "Yenidən əməliyyat gözlənilirmi?" sualına belə cavab verib:
"Qolumun yenidən əməliyyat olunması, 2 həftədən sonra bilinəcək. Hələ ki, problem qalır. Amma ayağım tam sağalıb. Qaydasındadır".
Millət vəkili işə nə vaxt çıxacağını açıqlayıb:
"İnşallah, mayın 20-dən sonra işdə olacam. Qolumdakı problem iş prosesimə mane olmayacaq".
Oxşar xəbərlər
Vasif Talıbov niyə Milli Məclisin iclaslarına gəlmir?
Ötən gün Milli Məclisin 2022-ci il payız sessiyası başa çatdı. BAKU.WS “Unikal”a istinadən xəbər verir ki, bu sessiyada parlamentin 19, ümumilikdə il ərzində 37...