Fazil Mustafa: “Qəbuluma gələn 15 nəfərdən 10-u iş, 5-i borc istədi” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Qəbuluma gələn təqribən 15 nəfərdən 10 nəfər məndən iş istədi, məşğulluq idarəsindən yox, deputatdan. 5 nəfər məndən borc istədi. Bankdan borc istəmirdi, deputatdan istəyirdi. Onlar fırıldaqçı deyildilər".
BAKU.WS xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyib:
"Heç kim də bir təkliflə gəlməmişdi, çünki insanların dərdi artıb. İnsanların dövlətə inamı azalıb. Birini “Akkord” aparıb Qazaxıstanda işlədib, onlarla fəhlənin pulunu verməyib. Rayon yerlərində olanların əksəriyyəti maaş kartlarını sələmçiyə təminat üçün veriblər".
Oxşar xəbərlər
Əhaliyə kütləvi göndərilən SMS-lə bağlı məsələyə RƏSMİ CAVAB - FOTO/VİDEO
Son günlər sosial şəbəkə səhifələrinə Fərdi Məşğulluq Proqramının tərtib edilməsi ilə bağlı mesaj alan vətəndaşlar tərəfindən suallar ünvanlanır. BAKU.WS məsəl...