Fazil Mustafa: Mülkiyyətdə olan evin ekskavatorla sökülməsi qanunsuz addım idi
Yeniliklərdən dərhal xəbərdar olun
Mülkiyyətdə olan evin ekskavatorla sökülməsi qanunsuz addım idi. Amma bu zaman məlum oldu ki, sahibkarların da hüquqlarının müdafiəsi vacibdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, sahibkarlar 16 min mənzil sökürlər, 70 insanla razılaşırlar, 1-2-si ilə razılaşa bilmədikdə problem yaranır:
"Nəticədə tikinti başlamır. O zaman tikiləcək mənzillər də rentabelli olmur. Evin sahibi onu baha satmaq istəyir, amma qiymət reallığa uyğun olmalıdır. Beləliklə, optimal qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Müvafiq qurumlar həm sahibkara, həm də mülkiyyətçiyə kömək edən addımlar atmalıdır".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...