FAKTİKİ HAVA: Ölkə ərazisinin bəzi yerlərində şimşək çaxıb, yağış yağıb
Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb. Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 18, Daşkəsəndə 17, Lerikdə 10, Gəncədə 9, Göygöl, Tovuzda 5, Balakəndə 4, Şəmkir, Şahbuzda 3, Cəbrayılda 2, Naxçıvan, Culfa, Qax, Zaqatala, Oğuz, İsmayıllı, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Yardımlı, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Naftalanda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 15 m/s-yə çatır.
Oxşar xəbərlər
"KATV1"də internet kəsintisi yaranıb? - Sakinlərdən ŞİKAYƏT
Bakı şəhərində kabel televiziyası və internet xidmətləri təklif edən "KATV1"də ("AG Telekom" MMC) ötən gün axşam saatlarından internetin olmaması abunəçilərin n...