Evləri plana düşən sakinlərin NƏZƏRİNƏ! - Uduzmamaq üçün buna mütləq əməl edin - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Əvvəlcə tərəflər arasında müqavilə bağlanmalıdır. Bunun üçün həmin mənzillərin hər birinə müstəqil qiymətləndirici dəvət olunmalıdır. Həmin mənzillərin aylıq kirayə bazar və satış dəyəri qiymətləndirilməlidir. Bundan sonra tərəflər arasında müqavilələr bağlanmalıdır".
BAKU.WS xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində qonaq olan Əmlak məsələri üzrə ekspert Nüsrət İbrahimov bildirib.
O əlavə edib ki, tərəflər arasında bağlanan müqavilə zamanı ən çox qaydaların pozulması binanın istismara qəbul müddəti ilə bağlı yaranır:
"İstismara qəbul müddəti bir çox tikinti şirkətləri tərəfindən birmənalı olaraq pozulur. Sonra vətəndaşlara kirayə haqqı ya tam ödənilmir, ya da bir müddətdən sonra ödənilməsi dayandırılır".
Oxşar xəbərlər
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi niyə dayandırılıb? - AÇIQLAMA
Bir müddət öncə Azərbaycanda sənədsiz yaşayış evlərinin invertarlaşdırılmasına başlanılsa da, bu proses demək olar ki, tamamilə dayandırılıb. BAKU.WS xəbər ver...