"Euronews Academy" layihəsi çərçivəsində "Rəqəmsal Jurnalistika" mövzusunda təlim proqramına başlanıldı

Euronews Academy layihəsi çərçivəsində Rəqəmsal Jurnalistika mövzusunda təlim proqramına başlanıldı
Foto
Sosial 47

Bakıda "Euronews Academy" layihəsi çərçivəsində "Rəqəmsal Jurnalistika ("Digital Journalism")" mövzusunda növbəti təlim proqramına başlanıb.

BAKU.WS xəbər verir ki, layihə Medianın İnkişafı Agentliyi və "Euronews" telekanalının birgə təşəbbüsü ilə keçirilir.

Açılış mərasimində çıxış edən "Euronews"un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, "Euronews Academy" proqramı beynəlxalq media təcrübəsinin jurnalistlərlə paylaşılması üçün mühüm platformadır.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, medianın inkişafı innovativ yanaşmalar və peşəkarlığın artırılması ilə birbaşa bağlıdır.

Təlimin ilk günü "Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika" mövzusuna həsr olunub.

İştirakçılar "Euronews" telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə məlumatların təhlili, faktların yoxlanılması və süjetlərin strukturlaşdırılması prinsipləri ilə tanış olacaqlar.

Tədris prosesi interaktiv mühazirələr, qrup tapşırıqları, videoçarxlar nümayiş olunacaq.

Son xəbərlər