Etdikləri qayda pozuntularını sosial şəbəkələrdə paylaşan sürücülərə XƏBƏRDARLIQ EDİLDİ
"İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların çox hissəsi ölüm və ya xəsarətlə nəticələnir. Bunu hər bir motosiklet və moped sürücüsü bilməli və bu məsələni ciddiyə almalıdır".
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) moped və motosiklet sürücülərinə müraciətində bildirilib.
Qeyd olunub ki, müşahidə kameralarının qeydə aldığı qəzalar yüksək sürət, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, işıqforun qırmızı işığında keçmə, təhlükəli manevrlər etmə və yol nişanlarının tələblərini pozma səbəblərindən baş verib.
"Daha da təhlükəlisi odur ki, bu sürücülər öz əməlləri ilə fəxr edirmiş kimi törətdikləri qayda pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşır və digər yol hərəkəti iştirakçılarına mənfi nümunə olurlar. Belə hərəkətləri ilə həm özləri qəzanın qurbanına çevrilir, həm də digər yol hərəkəti iştirakçılarının həyatı üçün real təhlükə yaradırlar.
NİİM motosiklet, moped və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə tövsiyə edir ki, qayda pozuntuları ilə deyil, yol hərəkəti və təhlükəsizlik qaydalarına düzgün riayət etməklə cəmiyyət üçün müsbət nümunə olsunlar", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
FHN Bakıda yerləşən kollecdə təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kol...