Emin Əmrullayev "TEKNOFEST Azərbaycan” müsabiqəsinin qaliblərini mükafatlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
“TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən müsabiqələrin II və III yeri tutan komandalarının mükafatlandırılma mərasimi keçirilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, festival çərçivəsində baş tutan “Baku Skills” müsabiqəsinin A kateqoriyasında II və III yeri tutan “Gəncə FRİTL”ın “Metaverse” və Bakı şəhər 81 nömrəli məktəbin “SUM Builders” komandalarına mükafatı təhsil naziri Emin Əmrullayev təqdim edib.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə - “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Yaşıl texnologiyalar” təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilib. Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1 000-dən çox komanda müraciət edib.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...