Emin Ağalarov: “Evakuasiya çıxışları “Crocus”da normal işləyirdi”
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib.
Oxu.az xəbər verir ki, “Evakuasiya çıxışları “Crocus”da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər”, - deyə Emin Ağalarov bildirib.
Həmçinin Emin Ağalarov “Crocus”da terror aktından sonra təhlükəsizlik işləri ilə bağlı qanunvericiliyə yenidən baxmaq lazım olduğunu da qeyd edib.
Qeyd edək ki, martın 22-də Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş verən terror aktı zamanı 143 nəfər ölüb, 372 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. “Crocus Ci...