Əməkdar artistdən ŞOK AÇIQLAMA: "Bir gəlin nəsli bədbəxt edir"
"Gözüyumulu evlənməyin. Bir gəlin bir nəsli bədbəxt edir. Ev dağılır övladlar travma yaşayır. Babalarımız düz edirdi: bir qızı alanda yeddi arxasını, nəslini, bütün sülaləsini öyrənməlisən. Çoxları deyirdi, nəslini alıram? Bir də görürsən nəsildə bir xarab var, gedib ona oxşayır. Qız almaq və vermək asan deyil".
BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Qonaqcanlı" verilişinə qonaq olarkən deyib. Sənətçi keçmiş gəlini Canana ilə yaşadığı problemlərdən danışıb:
"Mənim başım nələr çəkdi. Gözüyumulu evləndirdim. Hələ də çəkirəm. Bu yaşımda 3 uşağa baxıram. Yaşa dolmuşam, uşağa baxan yaşımdır?".
Xatırladaq ki, Mətanət İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə boşanıb. Onların 3 övladı var.
Ətraflı videoda:
Oxşar xəbərlər
Azərbaycanda 10 yeni su anbarının tikintisi nəzərdə tutulub
Azərbaycanda su ehtiyatlarının idarə olunması və yeni meliorasiya obyektlərinin tikintisi genişləndirilir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərb...