Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mediatur təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mediatur olub.
BAKU.WS xəbər verir ki, Milli Observatoriyanın fəaliyyəti ilə tanış olan media nümayəndələri qurumun Qiymətləndirmə Mərkəzində Nazirliyin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqələrin imtahan mərhələsini izləyiblər.
Daha sonra media nümayəndələri Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində olub, buradakı təlim prosesini izləyiblər.
Cari ilin 5 ayı ərzində Mərkəzdə 2700-dən çox əməkdaş üçünfunksional və yumşaq bacarıqlar üzrə 93 mövzuda 140 təlimintəşkil olunduğu bildirilib.
Qeyd olunub ki, təlimlərin əsas məqsədi əməkdaşlarınpeşəkar inkişafına, idarəetmə və kommunikasiya bacarıqlarınıngücləndirilməsinə yönəlib.
Mediatur zamanı iştirakçılar həmçinin Milli Observatoriyadaəmək bazarının monitorinqi və sosial müdafiə sahəsindəaparılan tədqiqatlar barədə məlumatlandırılıblar.
Qalereya
Oxşar xəbərlər
Gilas və alçanın qiyməti nə vaxtdan ucuzlaşacaq? - AÇIQLAMA
"Gilas və alçanın qiymətləri hazırda mövsümün əvvəlində olduğu üçün yüksəkdir. Lakin bazar müşahidələri göstərir ki, qarşıdakı 15-20 gün ərzində məhsul yığımı a...